A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z 0-9
Üstünlükləri: Aeroportda reklam yerləşdirilməsi sizin məlumatınıza çox sayda insanın diqqətinin yönəlməsinə , yüksək gəlirli insanlar üçün sizin məhsul və xidmətləriniz haqqında danışmağa imkan verir.
Afişa
Kağız və ya qalın karton üzərində çap edilən qrafik reklam daşıyıcısı. Plakatdan fərqli olaraq afişa, adətən, hər hansı hadisəni anons edir. Misal üçün, məşhurların gəlişini, konsertini və s. Afişalar da şəhərin küçələrində yapışdırılır. Üstünlüyü: hər hansı hadisə barədə effektiv məlumatlandırma, ölçülərinin kişik olması səbəbindən, daha çox yerdə yapışdırılmaq və daha böyük kütləni məlumatlandırmaq imkanı.
Akril
Sintetik qətran əsaslı termoplast polimer. Akril örtük güclü, davamlı, elastik və su keçirməyən olur.
Akril lövhələr
Açıq reklam, işıqlandırma texnologiyası və tikintidə istifadə edilir. Polimetilmetarkilata əsasında hazırlanmış vərəq formalı Polimer materiallarıdır. Üstünlükləri: Uzun müddətlidir, ətraf mühitin təsirlərinə və zərbəyə yüksək davamlıdır , yüngül çəkilidir, istilik müqaviməti (max 80 dərəcə), işığı yaxşı keçirir (şəffaf şüşə üçün), işığı yaxşı yayır (mat-tutqun şüşə üçün), ultrabənövşəyi şüalara qarşı davamlıdır( saralmır, ətraf mühitin uzunmüddətli təsirindən sonra belə kövrəkləşmir, zəifləmir) Qeyri-üzvi kimyəvi turşulara, qələvi və duzlara və onların məhlullarına qarşı davamlıdır.
Akrilayt
Kontur işıqlandırmalı qutular. Konstruksiyanın istehsalı üçün akril qrupu qalın organik şüşədən istifadə olunur. Şüşənin üzərinə özüyapışan plyonka çəkilir, konturlarını isə lampalar işıqlandırır. Üstünlükləri: reklam daşıyıcısı əlavə işıqlandırma hesabına diqqət cəlb edir.
Alpinist
Yüksək hündürlükdə yerləşən reklam yazılarının montajı üçün qurğu.
Analog rəng sınanması
Çap üçün nəzərdə tutulmuş fotformalardan hazırlanır. Belə adlanmasının səbəbi elementlərin rənglərdən yarımtonlara keçiddə ölçülərini dəyişməsidir.
Arka
Kənardan işıqlandırması olan 19.4 x 3.7 m və 24 x 5 m ölçülü reklam səthi. Yol üzərindən qurulur. İki və daha çox hərəkət zolağı olan iri magistralların üzərində yerləşdirilir.
Solvent çap üçün örtüyü olan poliester saplı vinil. Dözümlü və qənaətcil. Küçə reklamının istehsalında tez-tez istifadə olunur. Üstünlükləri: dözümlü və uzunömürlü material. Banner bir deyil, bir neçə reklam kampaniyasında istifadə oluna bilər. İstifadə müddəti: 1-3 il.
Banner plakatlar
Qısamüddətli reklam kampaniyaları üçün ( əsasən 7-14 günlük) endirimin, təqdimatın, tamaşanın, sərginin və s. keçirilməsini xəbər verən vinil və ya parça lentlər. Mərkəzi magistral yollardakı bannerlər çoxları üçün şəhərdə baş verənlər haqda demək olar ki, yeganə informasiya mənbəyidir.
Basorama
Avtobus və avtomobillərin yuxarı hissəsində (damında) yerləşdirilə bilən, işıqlandırmalı reklam paneli. Şəffaf plyonka üzərində istehsal edilir. Üstünlükləri: dinamik reklam daşıyıcısının bütün özəlliklərini özündə daşıyır – diqqəti cəlb edir, yormur, daşınıla bilir, axşam vaxtı aydın görünür, geniş istehlakçı kütləsini əhatə edə bilir.
Beltlayt
İşıqlı hərflərin işıqlandırılması üçün sistem.
Bilbord (reklam lövhəsi)
Gediş-gəlişi yüksək olan yolların kənarında quraşdırmaq üçün reklam daşıyıcıları. Ən populyar ölçüləri - 3 х 6 m və 3 х 12 m. Genişformatlı ayrıca dayanan reklam daşıyıcısı (birtərəfli və ya ikitərəfli). Üstünlükləri: Azərbaycanda ən populyar reklam daşıyıcıları. Adam çox gəzən küçələrdə, böyük prospektlərdə və avtomobil yollarında quraşdırılır.
Boyölçülü fiqurlar və ya bodistendlər
İnsan boyu ölçüsündə olan , ayaqcıq üzərində dayanmış fiqurlu, sərt plakat. Bodistendlər adətən insan və ya hər hansı bir personajı təsvir edir. Boy ölçüsündə olan fiqur nəinki məhsula diqqət çəkir, həmçinin, onun ölçülərinin sayəsində satış yerinə və ya ofisə diqqət yönəlir.
Bölgə reklamı
Bir rayon çərçivəsində onun ənənələrini, məişətini, həyat səviyyəsini nəzərə alan reklam kampaniyasıdır.
Brand Book (brendbuk)
Brendingin qaydalarının külliyatı. Bu funksional alət şirkətin imicinin qorunmasından başlamış, diler şəbəkəsilə işin tənzimləməsinə kimi bir çox məsələni həll edir.
Brandmower (brendmauer)
Binaların divarlarında quraşdırılan reklam daşıyıcıları (misal üçün, 6x3 m ölçülü bilbordlar). Üstünlükləri: ölçülərin, bəzi hallarda, sərhədsiz olması və belə reklam daşıyıcılarının istənilən yerdə (o cümlədən, tarixi yerlərdə) quraşdırılmaq imkanı. Sifarişçinin büdcəsindən və quraşdırılan yerin ölçüsündən asılı olaraq, yaddaqalan və maraqlı konstruksiyalar yaratmaq perespektivi.
Brend
Şirkət və ya məhsul barədə, onu rəqiblərindən fərqləndirən, obraz, emosional təəssüratlar və stereotiplər toplusu. Məqsədi adın, terminin, dizaynın, simvolun və ya digər xüsusiyyətin məhsul və ya şirkət barədə tam təsəvvürü yaratmaqdır.
Brending
Uğurlu addan savayı, hər hansı məhsul üçün seçilmə, identifikasiya olunma və uzunmüddətli müştəri rəğbətini təmin edəcək marketing strategiyasının işlənməsi.
Çap boyasının aklimatizasiyası
Düzgün çap prosesinin təşkili məqsədilə çap boyasının temperaturunun ətraf mühitin temperaturu ilə tarazlığa gətirilməsi prosesi. Boya sexə tirajın çapından ən azı 24 saat əvvəl gətirilməlidir. Soyuq məkandan gətirilən boyanın çap maşınının boya qutusuna dərhal yerləşdirilməsi tövsiyə olunmur.
Çekpoyntlar
Ticarət zallarında, təhlükəsizlik darvazlarının qarşısında, ziyarətçilərin giriş və çıxış qapılarında yerləşdirilən qofrokartondan hazırlanmış reklam konstruksiyasıdır.
Çeynlayt
Çoxlu balaca lampalardan ibarət işıqlar. Elə də böyük olmayan həcmli hərflərin işıqlandırılmasında istifadə olunur.
Binaların damında yerləşdirilən eksklüziv imicli konstruksiyalar. Daxili və neon işıqlandırma köməyilə hazırlanır. Qurğunun hündürlüyü, adətən, 1-1,5 m təşkil edir. Üstünlükləri: ən nüfuzlu reklamlardan hesab edilir.
Dartınan banner
Küçə reklamında istifadə olunur. Küçə boyu bir binadan digər binaya qədər dartılmış zolaqvari uzun formalı reklam maddəsidir.
Dispenser
Cibli karton və ya plastik reklam daşıyıcısı. Dispenser təqdimat və ya paylanma məqsədilə hazırlanmış reklam məhsullarının (buklet, kupon, flayer) nümayişi və paylanması üçün qurğudur.
Döşəmə qrafikası
Ticarət mərkəzləri, supermarketlərdə və sərgi salonlarında populyarlıq qazanmış cəlbedici və effektiv reklam növlərindən biri.
Dpi - dots per inch
Hər qarışda olan nöqtələrin miqdarı) — bu ölçü vahidi adətən, amma hər zaman deyil, çap vasitəsinin keyfiyyət göstəricisi kimi istifadə olunur. Yəqin ki, daha çox ppi-ın , hərdən isə spi-ın sinonimi kimi qəbul olunur.
Dürolayt
İçindən kiçik ölçülü lampalar keçən, əyilən ПВХ-məftil. Reklam konstruksiyalarının işıqlandırılması üçün istifadə olunur.
Həlledici əsaslı, tərkibində aqressiv üzvi komponentlərin olmadığı piqment mürəkkəb. Ekoloji təhlükəsizliyi , çox az qoxusu ilə seçilir və onların istifadəsi zamanı iş yerində ventilyasiya sisteminin quraşdırılması tələb olunmur. Ekosolvent mürəkkəb 2-3 il ərzində çapın( müəyyən daşıyıcı üzərinə tətbiq edilmiş) UV şüalara və rütubətə qarşı davamlılığını təmin edir. Amma aşınmaya qarşı davamlılıqda yumşaq və sərt solventlərdən geri qalır. Örtüyü olmayan materialların çapı üçün daha əlverişlidir. Buna baxmayaraq, ixtisaslaşdırılmış örtüklü daşıyıcılar , şübhəsiz ki, təsvirin keyfiyyətini daha da yaxşılaşdırır. Yalnız iriformatlı cihazlarda pyezoelektrik başlıqla istifadə olunur.
Ekstender
Bu reklam şiti üzərində iri həcmli təsvir və ya hər hansı bir şəklin iri həcmli bir hissəsidir. Adətən reklam ekstenderləri 3х6 metr formatlı şitlərdə yerləşdirilir.
Əmtəə nişanının assosiativliyi
İstehlakçının təxəyyülündə məhsulun özü, onun hər hansı özəlliyi və ya coğrafi mənşəyi barədə assosiasiyanın yaranması.
İçərisində mətn və ya qrafik məlumatların yerləşdirilməsi üçün nəzərdə tutulmuş reklam lövhəsində (şitdə) yer. Faydalı sahə çərçivəsində reklamın yerləşdirilməsi reklam verən üçün ən yaxşı formada reklam mesajının çatdırılmasına imkan verir.
Firma tərzi ( üslubu)
Müəyyən firmaya məxsusiyyəti göstərən mütəmadi görüntü və mətn elementlərinin birliyi və onu digər konkurentlərdən ayıran anlayışdır.
Fold Up mobil stendləri
Çərçivə tipli bu stendlərin əsasını alüminium və ya plastik profil təşkil edir. İçərisinə yerləşdirilən plastik lövhənin üzərinə isə reklam şəkilli plyonka çəkilir. Müxtəlif formada hazırlana bildiyindən, pop-up stendlərinin qurula bilmədiyi bütün yerlər üçün əlverişlidir və mobildir.
Friz
Reklam materiallarının( hərflər, loqotiplər və s) yerləşdirilməsi üçün daşıyıcı konstruksiya kimi istifadə olunan binaların üzərindəki nazik uzun müstəvidir.
Rulon materiallarında çoxrəngli çap. Üstünlükləri: açıq hava reklamlarının hazırlanmasında istifadə olunur. (banner parçalarında, tikinti torlarında, kağız üzərində)
Günlük
Binaların pəncərələri və giriş qapıları üzərində quraşdırılan konstruksiya. Üstünlükləri: müəssisənin müsbət imicinə xidmət edən, şirkətin korporativ üslubunu əks etdirən, orijinal, yaddaqalan konstruksiyalar.
Qısılmış ayaqcıq üzərində reklam təsvir olunan şit
Müəssisənin girişinin yanında və ya üzərində yerləşdirilən nazik konstruksiya. Adətən, üzərində şirkətin iş qrafiki yerləşdirilir.
İşıq qutuları(Light box)
Daxildə reklam təsviri və işıq qurulmuş iri həcmli konsturksiyalardır. Qarşıya qoyulan məqsəddən aslı olaraq konstuksiyanın quruluşu və formatı dəyişir.
İşıq toru
İşıq torları vasitəsi ilə tez-tez vitrinləri, kafeləri, barları, mağazaları həm çöldən, həm də içəridən bəzəyirlər. Üstünlükləri: İşıq reklamlarına bax.
İşıqlı çələng
Bayram günlərində və ya reklam tədbirlərinin keçirildiyi günlərdə binanın və ağacların bəzədilməsi üçün istifadə olunan konstruksiya. Üstünlükləri: işıqlı reklama bax.
İşıqlı reklam (Light advertising)
Reklam daşıyıcıları vasitəsi ilə istifadə olunan açıq hava reklam növü. neon lövhələr, işıq qutuları, laytbokslar, qaçan sətirlər, ekranlar və s.
Kəsən plotter. Üstünlükləri: vinil plyonkaların kəsilməsi və rəsmxət üçün istifadə olunur.
Kəsici plotter
Açıq ve qapalı reklamda, venil plyonkalardan şəkillər kəsmək üçün, trafaret plyonkalar, güclü yapışqanlı səthi olan materiallarda istifadə olunur. Qrafik bir poltter kimi istifadə oluna bilər. Üstünlükləri: yüksək kəsmə sürəti (0.25 saniyədə 1000 mm / s sürətə qədər), rulon və lövhədən kəsmək mümkündür, yeni nəsil sıxıcı silindirlər 50 metrlik rulondan fasiləsiz kəsməyə imkan verir, materialların ötürülməsi üçün konveyer sistemli diyircəklər, daxili nəzarət paneli var.
Klatter (Clatter)
Hərfi mənada “mane olan süjetlər” deməkdir. Küçə reklamı barəsində deyildikdə, müxtəlif reklam şitlərinin bir-birinə çox yaxın quraşdırılması mənasına gəlir.
Kontrajur
Reklam konstruksiyalarının arxa hissəsinin dekorativ işıqlandırılması.
Kopirayter
Reklam müraciətlərinin, şüarlarının, sloqan və mətnlərinin müəllifi.
Korporativ imic
İctimaiyyət arasında müəssisənin obrazı.
Körpü və keçidlərdə reklam
Üstünlükləri: Körpü və keçidlər adəti üzrə imic reklamlarının yerləşdirilməsi üçün əla reklam daşıyıcılarıdır. ( yollarda maşınlar çox sürətlə şütüyür. Buna görə də iri olmayan şriftlərlə yığılmış mətnləri oxumaq mümkün deyil. )
Kreativ
Reklam fəaliyyətinin yaradıcı hissəsi.
Kronşteyn
Bərkidilmə üçün istifadə olunan metal konstruksiya. Üstünlükləri: küçə reklamında reklam qutularının şaquli konstruksiyalara bərkidilməsi üçün istifadə olunur.
Küçə reklamı (Outdoor advertising)
Bağlı məkanlardan kənarda yerləşdirilən əsas reklam növlərindən biri. Küçə reklamı piyada, sürücü və sərnişinlər üçün nəzərdə tutulub. Adətən, xatırladıcı xarakter daşıyır. Əsas daşıyıcıları: afişa, bannerlər, bilbordlar, brendmauerlər, siti-formatlar, laytbokslar, işıqlı ekranlar və s. Üstünlükləri: geniş auditoriya, yüksək effektivliklə müqayisədə aşağı maya dəyəri, intensivliyin idarə olunması imkanı.
Neon trubaların köməyilə hazırlanmış reklam yazısı. Üstünlükləri: öz orijinallığı ilə diqqəti cəlb edən qeyri-standard, gözəgəlimli reklam həlli.
Reklam daşıyıcısının xarici görünüşünün müdafiəsi və daha uzunömürlü olması məqsədilə, xüsusi temperatur və təzyiq altında, nazik və şəffaf plyonkanın kağızla presslənməsi.
Laytboks
Daxili işıqlandırması olan şüşə üzlüklü qutu şəklində reklam daşıyıcısı. Üstünlükləri: adətən, piyada küçidi yüksək olan küçələrdə, avtobus dayanacaqlarında yerləşdirilir ki, istehlakçı ilə maksimal təmas təmin olunsun.
Laytposter
Adətən, 1.2х1.8 m ölçülü işıqlı stend şəklində quraşdırılmış reklam yeri. Laytposterlər dirəklər üzərində də quraşdırılır.
Lpi (lines per inch — hər qarışda sətir sayı)
Bu ölçü vahidi hər zaman rasterin doğruluğunu və keyfiyyətini ölçür. DPİ ilə qarışdırmaq olmaz. Belə ki, sonuncu rasterin deyil, rəqəmsal çap cihazında olan mikronöqtələrin keyfiyyətini ölçür .
Lüminissent lampalar
Uzundalğalı ultrabənövşəyi şülanma yolu ilə işıqlandıran UB lampalar. Üstünlükləri: dükan vitrinlərində, teatr və barlarda işıq effektlərinin yaradılması məqsədilə istifadə olunur.
Lüvers
Yumşaq materiallarda dəliklərin metalla haşiyələnməsi.
Neon boruların doldurulması və boşaldılması üçün istifadə olunan vakuum boru və kranlar sistemi.
Marka
Ad, termin, işarə, simvol, rəsm və ya onların birləşməsindən yaranmış, məhsul və ya xidməti ifadə edən və digər oxşar istifadəçilərdən fərqləndirən xüsusiyyətlər toplusu.
Markiza
Günlük formasında hazırlanmış reklam daşıyıcıları
Mass-media
Reklam məlumatını geniş auditoriyaya çatdıran kütləvi informasiya vasitələri (televiziya, radio, mətbuat və s.)
Masaüstü (düz) lazer plotter
İnteryer, reklam və sənaye materiallarını kəsmə və oyma üçün uyğundur. Vəsaitlər: ağac, şüşə, faner, plastik, pleksiglas, parça, daş səthlərdə, dəri. Üstünlükləri: etibarlılıq, təhlükəsizlik, əməliyyatlar üzərində elektron nəzarət, gücü 60 Vatt lazer, və s.
Masaüstü (düz) plotter
Qapalı və açıq reklam, dizayn və sənaye üçün oyma materialların kəsilməsidə istifadə olunur. Vəsaitlər: Vinil, PVC, plastik, ağac, pleksiqlas, metal, dəri, parçalar. Qrafik bir plotter kimi istifadə edilə bilər. Üstünlükləri: asılı alətlərdən geniş seçim imkanı, sahələr tətbiq etmək üçün vakum sıxma sistemi .
Megabord (Supersayt)
Genişformatlı reklam daşıyıcısı. Əksər hallarda, belə reklam konstruksiyası əlavə işıqlandırma ilə təchis edilir və ya digər oriijinal işıqlandırma yolu tapılır. Megabordlar – iriölçülü reklam daşıyıcısı olmaqla, 10x5 m, 9x4.5 m, 12x6 m, 15x5 m ölçülü konstruksiyalardır.
Metroda reklam
Metroda adəti üzrə billboardlar, laytposterlər, elektron displeylər, qaçan sətrlər tablosu, prizmartonlar, televiziya ekranları yerləşdirilir. Qatar vaqonlarında və onların içində reklam strikerləri və plakatlar yapışdırılır. Üstünlükləri: Daha çox reklam auditoriyası. Bunun sayəsində metrodakı pik saatında metro stansiyalarına toplaşan geniş insan kütləsi orada yerləşdirilən reklamı görür. Kütlənin tərkibi qarışıq təbəqədən olduğu üçün metro reklamlarında məhsul və xidmətlər daha çox orta təbəqəyə yönəlir. Reklam məlumatında olan əlaqə vasitələrinin təkrarlanması ( belə ki, insanlar evdən işə və ya əksinə qayıtmaq üçün həmişə ən azı iki stansiyadan istifadə edirlər.
Məlumat işarələrinin, işıq stell-lərin hazrlanması üçün profillər
Asanlıqla və sürətli şəkildə müxtəlif şəkil və ölçülərdə məlumat işarələrini hazırlamaq üçün istifadə olunan alüminum profillərdir. Üstünlükləri: Sistem reklam üçün uyğundur, məlumatlar bu və ya digər şəkildə, işıqlı və onsuz yerləşdirilə bilər.
Mobayl
Tavandan və ya kronşteyndən asılmaq üçün nəzrədə tutulan ikitərəfli reklam daşıyıcısı.
Mulyaj (cumbi)
Qutu şəklində yığılmış üçölçülü konstruksiya. Adətən, mulyaj - məhsulun, dizayn və ölçüləri saxlanmaq şərtilə, böyüdülmüş formasıdır.
Müdafiə qutusu
Reklam yazısının elektrikə aid hissələrini özündə toplayan metal qutu. Üstünlükləri: adətən, iriölçülü işıqlı hərflərin montajı üçün istifadə olunur.
İşıqlandırılmış reklam yazılarında tez-tez istifadə olunan qaz. Neon – inert qazlar siyahısından kimyəvi elementdir.
Neon reklam
Neon qaz-işıq lampalarının istifadəsi ilə hazırlanmış işıq reklamı. Lampalar istənilən formalı və uzunluqlu borular şəklində hazırlanır.
Nəqliyyat reklamı
Nəqliyyat vasitələrində reklam, gözləmə zallarında, platformalarda, dayanacaqlarda, nəqliyyatın içərisində və s. ( o cümlədən avtobus və trolleybus salonlarında yayımlanan reklamlar nəzərdə tutulur) . Üstünlükləri: Nəqliyyat marşrutu boyunca məlumatlandırır.
Binanın girişinə dayanmış ayrıca reklam konstruksiyaları. Üstünlükləri: girişlərin dekorativ tərtibatı üçün istifadə edilir.
Original-maket
Çap reklamı zamanı poligrafiya vasitələrinin əsas götürdüyü mətn və qrafik rəsmin cəm olduğu fayl.
Özü yapışan plyonkada açıq reklam üçün təsvir həlledici çapın köməyi ilə hazırlanır. Plyonkalar 3 əsas növə bölünürlər:dekorativ, kəsici poltter üçün və çap üçün. . Üstünlükləri: Əməliyyat şərtlərindən aslı olaraq əməliyyatın müddəti 0,5 ay ilə 10 il arasında dəyişir.
Eyniadlı şirkət tərəfindən təklif edilmiş rəng standartlaşdırılması sistemlərindən biri. Cədvəldən istifadə edərək, 14 əsas və 1000-dən çox tərkib rənglərindən seçim etmək olur. Kataloqda iki əsas kağız növü üçün rənglər təklif olunur. Üstünlükləri: düzgün rəng seçmək və rəngayırmanın xüsusiyyətlərindən asılı olmamaq imkanı.
Piksel
Qrafik rəsmin bölünməyən nöqtəsi.
Piqment boyaları
Rəqəmsal çap zamanı boyanın əsas tərkib hissəsi. Üstünlükləri: nəmə və UB şüalara qarşı yüksək davamlılıqilə fərqlənir.
Pilarslar
Daxili işıqlandırması olan iki və ya üç tərəfli ayrıca dayanan konstruksiyalar. Formatı: 1,4х3 m. Üstünlükləri: böyük format və şəhərin mərkəzi küçələrində yerləşdirilmə imkanı.
Pilon
Ayrıca dayanan reklam konstruksiyasl. Üstünlükləri:imic konstruksiyası.
Plakat
Kağızda çap edilmiş orta və iriformatlı reklam görüntüsü. Üstünlükləri: istehlakçı ilə bir kontaktın aşağı maya dəyəri, imic və məlumatlandırıcı reklamlarda effektivdir.
Plotter
Cihaz fərqli reklam daşıyıcılarının üzərində görüntü yaratmaq üçün kompyuterə bağlanır. Fərqi: qələm, mürəkkəb, kəsmə və s. Üstünlükləri: açıq reklam istehsalında geniş istifadə olunur.
Plyonka Tətbiqi
Geniş bir rəng ahənginə malik polivinil xlorid pərdədən (plyonkadan) istifadəyə əsaslanan reklam tərtibatı texnologiyasıdır . Qrafik elementlərin hazırlanması üçün kompyuter qrafikasından və xüsusi kəsimli plotterlərdən istifadə olunur. Bu texnologiya məhsulun hazırlanmasında və yaxşı kompozisiya həllində yüksək dəqiqliyi təmin edir. Üstünlükləri: Uzunömürlüdür(1-10 il) . Yüksək kontrastlıq və bəsit (adi) rənglər. Hər hansı bir formanın səthinə tətbiq oluna bilər.
Polikarbonat pətək (ya da özək)
Yüksək işıq keçirmə, istilik izolyasiyası, əla zərbə davamlılığına malikdir. Ultrabənovşəyi şüalara qarşı qorunmuşdur. Reklam üstünlükləri: billboard və işıq kutuları üçün yüngül və zərbəyə davamlı əsas kimi istifadə olunur.
Pop-up stendlər (Pop-Up)
Pop-up mobil sərgi stendlərinin əsasında “çətir” prinsipli açılıb bağlanan, yüngül, daşına bilən konstruksiya dayanır. Üzərində sizin şəkliniz olan fotopanel maqnit lentin köməyilə maqnit qabırğa üstünə bərkidilir. Pop-up stendlərinin panelləri rulon şəklində bükülərək aparılır.
POS materialları - (POS - satış nöqtəsi)
Satış yerlərinin bəzədilməsi, mağazaların xarici dizaynı, insanları satış yerlərinə istiqamətləndirən və onların diqqətini məhsula çəkən vasitələridir. İşarələr, kronşteyn panellər, sütunlar, strikerlər, ştenderlər, vobblerlər, əl elanları və digərləri.
Poster (afişa)
Əsasən iri miqyaslı plakat çeşidlərindəndir.
Prismatron
Prismatronlar (prismavision) - reklam daşıyıcısıdır, ənənəvi reklam şitlərinə bənzəyir, amma tək bir statik görüntü əvəzində prismartona üçbucaqlı elementlərin köməyi ilə fırlanaraq bir-birini əvəz edən 3 ardıcıl şəkil yerləşdirilir, hər dəfə fərqli görüntü izləməyə imkan verir. Üstünlükləri: Bu reklam konsturksiyası reklam verənə öz reklamını birdən artıq reklam şiti yerləşdirmək icazəsi olmayan, şəhərin daha populyar və çox gəzilən yerlərində yerləşdirmək imkanı verir. Görüntülərin bir-birini əvəz etməsi daha çox insanın diqqətini çəkir. Prismartonda görüntülər daha çox özü yapışan plyonkalar üzərində çap edilir.
Promo stendlər
Bu açıq havada istifadə edilən reklam sütunlarının bir növüdür. Hansı ki, promo aksiyalar, BTL, reklam ve PR-kampanyalarının təşkilində daha çox istifadə olunur. Promo aksiyalar üçün stendlər mobil avadanlıqlar içərisində daha poopulyar növlərdən biri hesab olunur. Mobil promo stendlər reklam sahəsində istifadə olunurlar. Yerə qoyulan reklam stendləri ticarət zallarında, ticarət sahələrində, eləcə də reklam aksiyasnın təşkil olunduğu bütün məkanda yerləşdirilə bilər.
Ppi - (pixels per inch —hər qarışda piksellərin miqdarı)
Bu ölçü vahidi adətən rəqəmsal təsvirlərin keyfiyyətini ölçür.
PVC lövhələr
Tikintidə, açıq reklam kimi istifadə edilir. Parlaq üzlü intqeral köpüklü lövhələr qablar. Əyilməyə yüksək davamlıdır, aşağı sıxlığı (0,7 q/sm kub) Temperatura, zərbəyə davamlıdır,titrəməni udur,( поглощение вибраций), hava şərtlərinə davamlıdır,su itələmə xüsusiyyəti var, korroziyaya məruz qalmır, kimyəvi maddələrə qarşı davamlıdır, yanmır. Üstünlükləri: Səthi boya və öz-özünə yapışan plyonkalardan istifadə üçün idealdır. İç və çöl məkanlarda hazırlıq və emala ehtiyac olmadan istifadə etmək olar.
Reklam verənin tapşırığı ilə və ya vəsaitləri hesabına reklamın planlaşdırılması və təşkili üzrə tam və ya qismən xidmət göstərən peşəkar müəssisə.
Reklam ideyaları
Reklam elanının məzmununu hədəf kütlənin beyninə yeridən əsas fikir. Reklam ideyası alıcının tələbatına və reklam olunan məhsulun özəlliyinə əsaslanmalıdır.
Reklam konsepsiyası
Reklam kampaniyalarının, aksiyalarının, tədbirlərin planı. Əsas reklam arqumenti kimi istifadə olunan reklam kampaniyasının , reklam və reklam daşıyıcılarının hədəfini müəyyən edir.
Reklam şitləri
Daha geniş yayılmış reklam daşıyıcılarıdır. Ən populyar ölçülər- 6х3 m. Üstünlükləri: 6х3 ölçülü şitlər adətən daha çox həyat olan küçələrdə, şəhərin sürücü və piyadaların diqqətini çəkən kəsişmələrində yerləşdirirlir. Şitlər xaricdən və daxildən işıqlandırma ilə də olur. Reklamdaşıyıcısının sifariş üçün minimum 1 tərəfi olur. Reklam kampaniyasının gedişatında maksimal insan kütləsi cəlb etmək üçün, adətən bir sıra şitlər sifariş edilir. ( 10 ədəddən başlayaraq)
Reprint
Təkrar tiraj
Rəng ayırılması
Rəngli təsvirlərin 4 əsas rəngə ayrılması prosesidir. ( tam rəngli çapda) Mavi (Cyan), tünd-qırmızı (Magneta), sarı(Yellow) , qara (black)- CMYK
Rənglilik
Məhsulun çap olunmasında rənglərin miqdarı. Adətən rəqəmlərlə daha asan ifadə olunur. 4+0 (4-dən yuxarı- tam rənglidir), 1+1 və s. Birinci rəqəm çapın düz üzündəki rənglərin sayı, ikinci rəqəm isə tərs üzündəkidir.
Rəqəmsal çap
Kompyuter texnologiyasından istifadəyə əsaslanan istənilən çap növü (maye, lazer, elektrostatik, rəqəmsal ofset)
Roll-Up
Aşağı əsaslı ( kassetlə) konsturksiyası ilə seçilir. Bu sistem nəticəsində stend çevirilmiş formada olanda fotopaneli tərs tərəfdə saxlamaq olur.
3 tərəfli əyri səthləri olan 3х1.6m formatında işıqlı reklam konstruksiyası.
Sendviç panellər
Daxilində 0,3-0,5 mm polietilen əsası olan alüminumdan ibarət üçqatlı kompozit material. Üstünlüyü açıq hava reklamlarında mağazaların vitrinləri, şitlər və lövhələrdə istifadə olunur.
Signboard
Şirkətin, bir növ siması olan reklam daşıyıcısı. Şirkətin korporativ üslubunda uyğun hazırlanmış, adını və nadir hallarda fəaliyyət növünü ifadə edən konstruksiya. Müəssisənin girişinin yanında və ya üzərində yerləşdirilir. Üstünlükləri: potensial müştərilərə və tərəfdaşlara şirkəti, onlar içəri daxil olmadan, artıq təqdim etmiş olur.
Siti-format
Ayrıca dayanan konsturksiya, gözləmə pavilyonu - 1,2 х 1,8 m ölçülü reklam səthi olan küçə mebeli. Hədəf kütlə- nəqliyyat istifadəçiləri və piyadalar.
Sitilayt
1,2*1,8 m ölçülü nazik işıq panel. Öz duracağına bərkidilir.
Skroller
Daxili işıqlandırması və təsvirləri çevirmək üçün diyircəyi olan konstruksiya. 2,7 х 3,7 m – şəhər konstruksiyaları arasında ən nəhəng formatdır.
Solvent (həlledici)
Həlledici əsaslı piqment mürəkkəb,tərkibində asan uçan aqressiv komponentlər yoxdur (istifadə olunan məhlulun tərkibinidaha çox monobutil etilen qlikol efir asetat təşkil edir) Üzlüyü olmayan daşıyıcılar üçün əlverişlidir. Onun sayəsində səthi yüngülcə qazımaq və başlanğıc mərhələsində yumuşaltmaqla asanlıqla materialın üst qatındakı kütlə içində piqment düzəltməyə nail olmaq mümkündür. Çapın 3 il içində aşınmağa və solmağa qarşı davamlılığını qənaətbəxş edir. Pyezoelektrik başlıqla yalnız genişformatlı cihazlarda istifadə olunur.Yumşaq həlledicinin sərt həlledicidən insan sağlamlığı üçün daha az təhlükəli olmasına baxmayaraq, iş yerində ventilyasiya sistemini quraştırmaq və şəxsi təhlükəsizlik vasitələrindən istifadə etmək vacibdir.
Stela (Stele)
Yüksək, şaquli müstəvidə uzanan reklam konstruksiyasıdır. Bir qayda olaraq reklam obyektinin yaxınlığında quraşdırırlır.
Stiker
Əsasən elə də böyük olmayan yapışqanlı çap etiketidir. Üstünlüyü: Etibarlıdır, uzunmüddətlidir, sərfəlidir.
Stopper
Adətən məhsul rəflərinə perpendikulyar olaraq quraşdırılır. Stopler adından da göründüyü kimi alıcını müəyyən məhsulun və ya brendin yaxınlığında dayandırmaq üçün nəzərdə tutulub . Stoplerlər bu və ya digər məhsulun yerləşdirilməsini konkretləşdirərək, eyni zamanda reklam daşıyıcısı rolunu oynayır. Məsələn, kitab mağazalarında stoplerlər bir müəllifi digərindən ayırmaq üçün istifadə olunur.
Sublimasiya mürrəkkəbi
Tərkibində dispers( suda həll olmayan) boya maddələri olan su mürəkkəbi. Xüsusi hazırlanmış parçalara birbaşa çap olunduğu kimi, eləcə də sublimasiya üçün ara daşıyıcılarıyla da istifadə olunur. Sublimasiya boyaları ilk növbədə sellüloza asetat lifləri boyamaq üçün icad edilmişdir və bu günə kimi də asetat, poliamid və dəyiştirilməmiş polyester materiallarının yeganə boya vasitəsidir. Pambıq və digər təbii materiallarla mənşəyi etibarilə heç bir yaxınlığı yoxdur. Tərkibində 60 faiz poliamid və polyester olan qarışıq parçaların rənglənməsində istifadə oluna bilər. Sublimasiya mürəkkəbləri yalnız pyezoelektrik başlığı olan plotterlərlə istifadə oluna bilər.
Supersaytlar - 15 х 5 m, 12 х 5 m
İriformatlı, xarici işıqlandrılmış ayrıca dayanan konstruksiya. Digər reklam vasitələrindən daha hakim mövqeyə sahibdir. Əsas magistral yollarda yerləştirilir.
Ayrıca dayanan, açılıb yığılan konstruksiyadır. (plastikdən, faneradan, metaldan) Adətən ştenderləri mağaza, bar və kafelərin girişlərində qoyurlar.
Müəyyən sifariş üçün sifarişçilər tərəfindən potensial icraçılar arasında elan edilmiş kommersiya müsabiqəsi, Tender – irimiqyaslı reklam kompaniyalarının həyata keçirlməsində icraçı şirkəti seçmək üçün əsas vasitələrdəndir.
Tikinti toru
Hüceyrə sturkturlu vinil material, açıq hava reklamlarında geniş istifadə olunur. Üstünlükləri:Tikinti torunda əsasən şəffaflıq effekti almaq üçün çap edirlər. Reklam şəkli güclü külək əsən yerdə olarsa, o zaman şəkil binanın pəncərələrinin tam və ya bir hissəsini örtə bilər.
Trollar
Şəhər nəqliyyatı üzrə trolleybus və tramvayların elektrik xətlərinə uzadılaraq bərkidilən reklam şitləri.
Tumbalarda reklam
Bu reklam daşıyıcıların ənənəvi növü Moskvada və Peterburqda geniş yaılmışdır. (üçtərəfli işıq tumbalar, moder stilli dairəvi tumbalar ), Üçtərəfli bir tumbanın reklam sahəsinin ölçüsü – 1,4 m х 3 m. Dairəvi bir tumbanın reklam sahəsinin ölçüsü – 1,2 Х 1,8 m. Daxili işıqlandırma . Üstünlükləri: Adətən tumbalar şəhərin qədimi yerlərində - meydan mərkəzində, piyada zonalarında, qazonlarda, tratuarlarda olur.
UV- tətbiqi ilə mürəkkəbin istifadəsinə əsaslanan çap növlərindən biri. UV- şüalanmasının təsiri ilə belə mürəkkəblər polimerləşdirilir və sərt vəziyyətə gəlir. Bu yolla, təsvir istənilən səthə əks etdirilə bilər. Belə ki, mürəkkəb materiala hopmur, yalnız onun sətində qalır,təsvir aydın və dolğun olur. Cilalı səthlərə çap olunmazdan əvvəl xüsusi maddə tətbiq olunur ki, bu da mürəkkəbi və materialı möhkəmləndirir. UV- mürəkkəblər ətraf mühitin təsirlərinə qarşı çox davamlıdırlar. Bundan başqa onlar daha güclü hesab olunurlar- günəş altında yanmır, suda və həlledicidə yayılmırlar. UV- çap ekoloji cəhətdən təhlükəsiz hesab olunduğundan onu hətta yüksək sanitar tələblərə cavab verən materiallar üzərində də tətbiq etmək mümkündür.
Üstünlükləri: İstər-istəməz şəhərin bütün sakinləri hərdən bir şəhərdən kənar və ya uzaq məsafəyə gedən qatarların sərnişinləri olurlar. Reklam sutkada 24 saat yüksək keyfiyyətlə işləyir. ( belə ki, qatar gecə--gündüz gəlir və gedir)
Vektor qrafikası
Obyektin çoxsaylı vektorlar şəkilində qrafik təsəvvürün (adətən, maketlər üçün istifadə olunur).
Videopanel
Elektron ekran şəklində reklam daşıyıcısı. Üstünlükləri: reklamverənə maksimal dərəcədə cəlbedici reklam mətni, eyni zamanda, qrafik və vizual informasiya hazırlamağa imkan verir.
Vitrin
Müxtəlif əşyaların sərgilənməsi üçün şüşələnmiş qutu, şkaf və ya pəncərə.
Şəffaf plyonkalar daxili işıqlandırması olan reklam konstruksiyaları üçün nəzərdə tutulub. Bu yarışəffaf materialın(PET, PVC ya da PC) arxa tərəfinə işığı əks etdirən örtük tətbiq edilmiş məhsuldur . Reseptor Ink-Jet örtük plyonkanın növündən aslı olaraq tərs və ya avand səthində ola bilər. Birinci halda təsvir güzgü effekti ilə əks olunaraq çap edilir. İkinci halda isə birbaşa çap işi həyata keçrilir. BackLit plyonkaları parlaq olduğu kimi, tutqun (mat), incə toxumalı da ola bilər. BackLit plyonkaları arasında piqment mürəkkəbi ilə çapa uyğun olan materiallar da var. Eləcə də geniş rəng çalarları olan yarışəffaf plyonkalar da vardır.
Yerləşdirmə (Mövqe tutma)
İstifadəçilərin beynində şirkət və ya məhsul haqqında dəqiq, rəqiblərdən daha yaxşı fikrin formalaşdırılmasıdır.
Yol göstəriciləri
Bu reklam daşıyıcıları, adından da göründüyü kimi, yollarda yerləşdirilir. Yol göstəricisindəki reklamın ölçüsü yol nişanının ölçüsündən asılı olur. Üstünlükləri: yol nişanı avtomobilçi üçün vacib informasiya mənbəyi olduğundan, onun üzərindəki reklam da sürücünün diqqətindən yayınmır.
Yolüstü reklam (rastyajka, peretyajka)
Yolun hərəkətli hissəsi üzərində quraşdırılan, bannerdə çap edilmiş reklam daşıyıcıları. Üstünlükləri: adətən, yolüstü reklamı şəhərin tarixi hissələrində quraşdırırlar. Bu tip reklam açılış xəbəri ilə bölüşmək, yeni xidmət barədə elan etmək, hər hansı tədbir barədə məlumatlandırmaq üçün idealdır. Daha bir üstünlük reklam daşıyıcısının hər iki tərəfində reklam yerləşdirmək imkanıdır.
Çoxqatlı plastik əsasların üzərində yüksək dəqiqliklə verilmiş çap işidir. Bütün obyektləri daha həcmli edir.