Xidmətlərimiz / Avadanlıq

Plastik materiallarda genişformatlı çap

İki növ çap var – eksteryer və interyer çapı. Uyğun olaraq da, çapın keyfiyyəti, materialı və ölçüsü qoyulmuş məqsədə müvafiq seçilir.

Plastik materiallar üçün çap avadanlığı

Model Tətbiq sahəsi Çap keyfiyyəti, dpi Rənqlər (say) Çapın eni
düym/mm
Mürəkkəbin növü Çap daşıyıcısı Çap edilmiş rəsmin xidmət dövrü
Epson Stylus Pro 4880 interyer çapı 2880x1440 8 17 / 432 Pigment Plyonka, etiketlər, fotokağız, parıltılı kağız, zərflər, mat kağız, rulon Rəngli rəsmlər üçün 75, ağ-qara rəsmlər üçün 100 ilə qədər
Epson Stylus Pro 11880 interyer çapı 2880x1440 9 64 / 1626 Pigment Parıltılı kağız, mat kağız, rulon Rəngli rəsmlər üçün 75, ağ-qara rəsmlər üçün 100 ilə qədər
Epson Stylus Pro GS6000 eksteryer çapı 1440 x 1440 6 64 / 1626 Ekosolvent Plyonka, etiketlər, fotokağız, parıltılı kağız, mat kağız, rulon  
VUTEК 3360EC eksteryer çapı 720 х 360 8 125 / 3180 Solvent Banner, vinil, deşikli materiallar, kağız, özüyapışan materiallar və buna oxşarlar 3 ilədək
Durst Rho 350 eksteryer və interyer çapı 400x600
800x1200
6 125/3500 Ultra-bənövşəyi Örtüyü olan və olmayan bir sıra material. Plyonkalar, parçalar, baner üçün vinil parçalar,  bayraq parçaları, kağızlar və buna oxşarlar 3 ilədək
Mutoh ValueJet 2628TD eksteryer və interyer çapı 720 х 720 4 103/2622 Dispers,
sublimasion
Baner parçaları, bayraq parçaları, dekorativ parçalar və buna oxşarlar  

Sərt materiallarda çap

İndi sərt materiallarda da çap etmək imkanımız var. Bu isə o deməkdir ki, yüzlərcə POS-material, plastikdən konstruksiya və stendlər, dükanların və vitrinlərin tərtibatını daha keyfiyyətli və fərqli etmək imkanımız var.  Çap, yapışan plyonkaya ötürülmədən, birbaşa daşıyıcıya edilir. Məşhur Avropa istehsalçılarından olan yeni avadanlığımız və materiallar sayəsində 1200 dpi keyfiyyətli çapın öhdəsindən gələ bilirik. Konstruksiyanın xammalı üzərinə və ya hazır konstruksiyanın öz üzərində çap etmək iqtidarındayıq. Proses daha az vaxt aparır.

Sərt materiallar üçün çap avadanlığı

SwissQprint Imapla

Tətbiq sahəsi Çap keyfiyyəti, dpi Çap sahəsinin ölçüsü Materialın maksimal qalınlığı Materialın maksimal ağırlığı Çap daşıyıcıları Mürəkkəbin növü Çap edilmiş rəsmin xidmət dövrü
Çap avadanlığı 1200 2,5 х 4,0 50 mm 400 kq penokarton, akril şüşə, taxta, metal, şüşə və digər sərt materiallar Ultrafiolet 10 ilə qədər

*Ağ rəngdə çap etmək imkanı.

Çap üçün materiallar

  • Akril şüşə
  • Penakarton
  • Penostirol
  • Polikarbonat
  • kompozit materiallar
  • tavan panelləri
  • taxta
  • metal

Çap vaxtı eko-solvent, solvent və ultra-bənövşəyi əsaslı pigment boya texnologiyaları istifadə edirik. Ultra-bənövşəyi texnologiyanın bazarımızda yenilik olduğunu nəzərə alaraq daha ətraflı məlumat vermək istərdik.

Ultra-bənövşəyi boyadan plastik və sərt materiallarda çap zamanı xüsusilə istifadə edilir. Ultra-bənövşəyi mürəkkəb tez quruyur və kəskin temperatur dəyişkənliyi, yağıntı kimi təbii amillərə qarşı daha dözümlüdür. Bu, hazırlanan məhsulların keyfiyyətini yaxşılaşdırmağa və çeşidi genişləndirməyə imkan verir. Ultra-bənövşəyi çap texnologiyası asanlıqla tamrəngli 1200 dpi-dək keyfiyyətdə illüstrasiyaları istənilən materiala ötürməyə imkan verir. Metal, taxta, keramika, plyonka, parça, banner, şüşə, kağız, linoleum, plastik – bu və bir çox digər materiallar ultra-bənövşəyi çap üçün əsas daşıyıcı qismində seçilə bilər. Eyni zamanda bu çapın nahamar və qabarıq müstəvilərə də ötürülməsi mümkündür. Bizim üçün ultra-bənövşəyi çap texnologiyasının əsas üstünlüklərindən biri odur ki, o ekoloji cəhətdən zərərsizdir və ətraf mühitə ziyan vurmur.

Kəsən plotter Zund G3 Xl-3200

Qeyd İş ərazisinin ölçüsü Emal edilən materialın maksimal qalınlığı V-Cut             Emal edilə bilən materiallar
Kəsmə, cızıqların atılması, qat yerinin nişan edilməsi, frezerləmə və digər əməliyyatlar 3295х4112 50 mm-dək  15°-dən 45°-dək plastik, tekstil, plyonka, qofrokarton, dibond, alüminium, ПВХ, penokarton, akril şüşə, taxta və buna oxşar materiallar

Kəsən plotter, reklam məqsədləri üçün istifadə edilən, rulon və list formasında istənilən materialı emal etməyə imkan verir. Bütün növ kartonlar – plakatdan qofrokartona kimi, sendviç-panellər, plastiklər, özüyapışan plyonka, tekstil, organik şüşə, kompozit materiallar, polistirol, alüminium laylar, penokarton və s., bir sözlə, demək olar ki, istənilən materialın öhdəsindən gələ bilərik.

Hidroobraziv Hydrajet kəsim

Tətbiq sahəsi İş ərazisinin ölçüsü Emal edilən materialın maksimal qalınlığı Emal edilə bilən materiallar
Kəsim 3000х2000 100 mm-dək titan, daş, alüminium, mis, paslanmayan polad, şüşə, organik şüşə, qrafit və s.

Su cərəyanlı kəsim

Proses yüksək təzyiqli su axınının enerjisi hesabına əldə olunan aqressiv eroziyaya əsaslanır.

Termoformovka

Bu texnoloji proses plastikdən düzəldilən mürəkkəb məmulatların istehsalı zamanı tətbiq edilir. Termoformovkadan küçə və daxili reklamların istehsalında, sərgi tərtibatında, böyük hərflərin hazırlanmasında istifadə edilir. Termoformovka individual məhsulların hazırlanmasına yönəli bir işdir. Bu yolla düzəldilən reklamlar orijinal icrasına görə diqqətdən kənar qalmır.

Fərdi neon seximizin olması, bizə neon komponentləri olan istənilən reklam konstruksiyalarının istehsalı və servisi ilə bağlı operativ şəkildə və ən yüksək peşəkarlıqla xidmət göstərməyə imkan verir.

Neon lövhə

Solğun reklam lövhələrinin fonunda, neon işıqla tərtib edilmiş reklam lövhəsi daha gözəgəlimli görünür. Neon həcmli hərflərin işıqlandırılmasında, mürəkkən animasiya effektli neon lövhələrin yaradılmasında əvəzedilməzdir.


printerçap versiyası